Rəsmi Tehran nüvə müqaviləsində nəzərdə tutulmuş bəzi öhdəlikləri yerinə yetirməkdən imtina etdiyini açıqlayıb.
“Qafqazinfo”nun xəbərinə görə, bu barədə İran prezidenti Həsən Ruhaninin Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniyanın Tehrandakı səfirlərinə göndərdiyi məktubda qeyd olunub. Buna səbəb kimi ABŞ-ın Ortaq Kompleks Tədbirlər Planından (IFAP) çıxdığını elan etməsi və rəsmi Vaşinqton tərəfindən antiiran sanksiyalarının tətbiq olunması göstərilir.
Ruhani IFAP-la bağlı danışıqların aparılması üçün avropalı tərəfdaşlarına 60 gün vaxt verdiyini bəyan edib: “İran bu müddət ərzində ağır su və zənginləşdirilmiş uranı satmağı dayandırır. Əgər göstərilən vaxt ərzində heç bir razılaşma əldə edilməsə, Tehran aşağı səviyyəli uran zənginləşdirilməsi proqramını davam etdirəcək”.
Son xəbərlər
Son Xəbərlər