İran prezidenti Həsən Ruhani amerikalı həmkarı Donald Trampa sərt ismarıc yollayıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ruhani ABŞ-la imzalanan nüvə sazişinin Donald Tramp tərəfindən ləğv ediləcəyi barədə yayılan şayiələrə cavab verib. O, ölkəsinin sazişi pozmayacağını desə də, ABŞ liderinə təhdid dolu sözlər ünvanlayıb: “Biz müqaviləni pozan ilk ölkə olmayacağıq. Əgər onlar pozsalar, buna peşman olacaqlar. Düşündüklərindən daha hazırlıqlı vəziyyətdəyik. Sazişi pozduqları andan etibarən, lazımlı cavabı 1 həftəyə alacaqlar”.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər