“Qafqazinfo”nun Azvision.az-a istinadən məlumatına görə,
H.Ruhani İranda anadan olmuş azərbaycanlı xanımın açıq və örtüklü şəklini paylaşaraq təbrik edib:
"Filds medalını qazanan ilk qadın olan Məryəm Mirzəxani təbriklər, biz iranlıları çox qürurlandırdın".
İran prezidentinin M.Mirzəxaninin örtüksüz şəklini paylaşması bəzi saytların hədəfinə tuş gəlib. Ruhaninin bu addımı sosial şəbəkələrdə etirazlara səbəb olub.
Ruhaninin rəsmi internet saytında yer alan təbrik mesajında isə M.Mirzəxaninin hər hansı şəkilində istifadə edilməyib.
Qeyd edək ki, İranda anadan olmuş, azərbaycanlı Stanford Universitenin professoru Məryəm Mirzəxani 1936-ci ildən indiyədək riyaziyyat sahəsində Nobel mükafatına bərabər sayılan qızıl fields Medalına layiq görülən ilk qadındır.
Son xəbərlər
Son Xəbərlər