Arvadı Mitra Ostadı güllələyərək qətlə yetirən və edama məhkum olunan, İran prezidenti Həsən Ruhaninin iqtisadi məsələlər üzrə eks-müşaviri, Tehranın sabiq meri Məhəmməd Əli Nəcəfi sərbəst buraxılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, 1 milyard tümən girov müqabilində azadlığa çıxıb. Nəcəfi Mitranın ailəsi tərəfindən bağışlanıldığı üçün edam cəzasından azad edilib.
Xatırladaq ki, Nəcəfi mayın 28-də ikinci həyat yoldaşı Mitra Ostadı güllələyərək qətlə yetirib. O, polisə təslim olaraq cinayətini etiraf etmiş, iyulun 30-da isə məhkəmə qərarı ilə edama məhkum olunmuşdu.

Son xəbərlər
Son Xəbərlər