Ruhaninin eks-müşaviri arvadını güllələdi, həbs olundu

ruhaninin-eks-musaviri-arvadini-gulleledi-hebs-olundu
Oxunma sayı: 1534

İran Prezidenti Həsən Ruhaninin iqtisadi məsələlər üzrə eks-müşaviri, Tehranın sabiq meri  Məhəmməd Əli Nəcəfi ikinci həyat yoldaşı Mitra Nəcəfini qətlə yetirib.

“Qafqazinfo”nun “Fars” agentliyinə istinadən verdiyi xəbərə görə, siyasətçi 35 yaşlı arvadını paytaxtın siyasi elita nümayəndələrinin və yüksək vəzifəli məmurların yaşadıqları Saadət Abad rayonundakı evində öldürüb. Daha sonra o, hüquq-mühafizə orqanlarına təslim olub. 

67 yaşlı Nəcəfi polisə ifadəsində cinayət hadisəsini özünün törətdiyini açıqlayıb. O, həyat yoldaşı ilə mübahisə zamanı ona 5 dəfə atəş açdığını, güllələrdən ikisinin arvadına dəydiyini bildirib.

Hadisə ilə bağlı digər təfərrütlar açıqlanmır.

Faktla bağlı cinayət işi açılıb. Eks-mer həbs olunub.

Qeyd edək ki, Əli Nəcəfi 2017-ci ilin avqustundan 2018-ci ilin martına qədər Tehran meri postunda olub.