Millət vəkili Zahid Oruc parlamentin növbədənkənar sessiyasında İranla Azərbaycan arasında bağlanması nəzərdə tutulan sazişlər ətrafında çıxış edib. “Qafqazinfo” xəbər verir ki, o qeyd edib ki, sözügedən sazişlər Azərbaycanın və İranın dövlət maraqlarına uyğundur: "Bunlar əvvəldən də bağlanıla bilərdi. Ancaq Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı buna nail oldu. O zamankı İran rəhbərliyi də bunu Ermənistanla həyata keçirmək istəyirdi.
Ancaq bir məqamı qeyd etmək istəyirəm. Ramazan ayının hansı gündə başladığının müzakirə olunduğu bir vaxtda İran prezidenti Ermənstanın Xarici işlər nazirini qəbul edib. Bu bizdə narahatçılıq doğurmur. Biz düşünürdük ki, bu dövləti münasibətlərdir. Amma İran prezidentinin Ermənistan prezidentinə salam göndərməsi nə demək idi? Bu o deməkdirki, Ruhani İrəvana səfər edəcək. Biz beynəlxalq təzyiqlərin qarşısında hər zaman regionda sülhün qorunmasına xidmət etdik. İran prezidentinin məsləhətçiləri bu məsələdə yanlışlığa yol verirlər. Buradan çağırış etmirəm ki, Ruhani İrəvana səfər etməsin. İran da Türkiyə kimi Ermənistanla sərhədbağlama məsələsini Ermənistan üçün həyata keçirsəydi, Dağlıq Qarabağ münaqişəsinə müsbət töhfə verərdi. Azərbaycanda kimsə iranfobiya ilə yaşamır. Bizi bəzən İsraillə münasibətlər qurmaqda İran ittiham edir. Ancaq İsrail İran ərazisini işğal etməyib. 1 milyonun köçkün düşməsində rol oynamayıb. Ancaq düşünürəm ki, İran Azərbaycanla Ermənistan arasında bərabər işarəsi qoymamalıdır”.
Spiker Oqtay Əsəov millət vəkilinə belə cavab verib:
“Sənin sözünü yenə kəsmədim. Amma hər yazılan yazıya da inanma. Azərbaycan dövləti var, məsələləri izləyir. Mən inanmıram ki, Ruhani İrəvana səfər etsin”.
Digər millət vəkili Fazil Mustafa da İranın Azərbaycana yönəlik siyasətində korrerktələr etməsinin vacibliyini vurğulayıb. O bildirib ki, İran Azərbaycanla Ermənistanı eyni səviyyədə tutmamalıdır: “Eyni zamanda fürsətdən istifadə edib Türkiyə ilə viza məsələsini həll etməliyik, Ermənistanın əlinə avantaj verməməliyik”.
Millət vəkili Qüdrət Həsənquliyev isə qeyd edib ki, İranın ali dini rəhbəri Seyid Əli Xomeyni öz çıxışılarının birində bildirib ki, İrandakı etnik-milli azlıqları aktivləşdirmək istəyirlər: “Əslində bunu İran hakimiyyətinin özü edir. Bizə deyirlər ki, müttəfiqik. Amma Ermənistanın xarici işlər nazirini az qala qəhrəman kimi qarşlıayırlar. Mən düşünürəm ki, biz İslam Əməkdaşlıq Təşkilatına biz müraciət etməliyik ki, bir islam ölkəsinin davranışına qiymət versin. İran necə müsəlman ölkəsidir? İranın rəhbərliyinin yürütdüyü siyasət Azərbaycana qarşı dost siyasəti deyil. Hələ müsəlmançılığı qoyuram qırağa. Orada yaşayan 30 milyon azərbaycanlının etnik kimliyinə hörmət etməyəcəklərsə, bunun acı nəticələrini dadacaqlar. Hesab edirəm ki, o 30 milyon azərbaycanlı da səsini çıxartmalıdır”.
Spiker də bildirib ki, İran müstəqil dövlətdir: “Necə siyasət aparacaqsa, o cür də cavabını alacaq”.
Son xəbərlər
Son Xəbərlər