Ruhaninin siyasi rəqibinin namizədliyi qeydə alındı

ruhaninin-siyasi-reqibinin-namizedliyi-qeyde-alindi
Oxunma sayı: 648

Məşhəddəki İmam Rza Ziyarətgah Kompleksinin rəisi Seyid Ebrahim Rəisinin prezident seçkilərində iştirakı üçün namizədliyi rəsmən qeydə alınıb.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, mayın 19-da İranda keçiriləcək prezident seçkilərində ən gərgin mübarizə Ebrahim Rəisi, Mahmud Əhmədinejat və Həsən Ruhani arasında aparılacaq. Hər üç namizəd xalq arasında kifayət qədər nüfuza sahibdir.