Ruhaninin tərəfdarları ikinci mərhələdə qalib gəlib

ruhaninin-terefdarlari-ikinci-merhelede-qalib-gelib
Oxunma sayı: 722

İranda keçirilən parlament seçkilərinin ikinci mərhələsinin yekunları açıqlanıb.

Qafqazinfo”nun AzərTAC-a istinadən verdiyi məlumata görə, İranın Daxili İşlər Nazirliyinin verdiyi açıqlamada bildirilir ki, 290 yerlik parlamentdə boş qalan 68 yer üçün aprelin 28-də təkrar seçki keçirilib.

Seçkilərin nəticəsində boş qalan 68 yerin 38-ni prezident Həsən Ruhaninin tərəfdarları, 18 yeri mühafizəkarlar, 12 yeri isə müstəqil namizədlər qazandıblar.