“Bu gün həyatımın ən müdhiş, ən özəl, ən vacib günüdür. Övladlarım Həsən və Muhammət dünyaya göz açıb. Mənim ücün çox dəyərli, əvəzsiz , ömrümə təşrif buyuran andan xoşbəxtliyi daddığım övladlarım! Məhz onların sevgisi ilə daha səbrli, daha mərhəmətli oldum”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri iş xanımı Ruhi Əliyeva instaqram səhifəsində yazıb. O, bugünkü tarixdə dünyaya gələn əkizlərini təbrik edib, həmin anı lentə alaraq sosial şəbəkədə paylaşıb.
R. Əliyeva videoya belə şərh yazıb: “Onları xoşbəxt görmək mənə sonsuz səadət bəxş edər. Ancaq onlar olmayınca günlərim boz, soyuq keçər. Həyatın gözəlliyi məhz övladdadır. Bunu ana olunca daha dərindən anladım. Oğlanlarıma təbriklərim, diləklərim sonsuzdur. Allah bütün övladları qorusun. Onları valideynlərinə sadiq, sağlam etsin. Öncədən bütün təbrikləriniz üçün minnətdaram”.

Son xəbərlər
Son Xəbərlər