Ruhi maşının qiymətini açıqladı

ruhi-masinin-qiymetini-aciqladi
Oxunma sayı: 6852


Bu sözləri “Qafqazinfo”ya açıqlamasında biznes-ledi Ruhi Əliyeva bildirib:

“Biz fevralın 17-də  “Özünə bax 3” yarışmasına start verəcəyik. Bu dəfə tamam başqa format, fərqli, rəngarəng dekorasiya ilə efirə çıxacağıq. Ən önəmli yeniliklərimizdən biri odur ki, yarışmada xanımlar yanaşı bəylər də iştirak edəcək. Səhər qeydiyyatdan keçənlərin siyahısına baxdım, çox təəccübləndim. Xanımlardan çox bəylər qeydiyyatdan keçib. Deməli, bəylər də mənim zövqümə güvənir. Bu dəfə iki qalib seçiləcək. Bunun biri xanım, biri isə bəy olacaq. Birinci yeri qazanan xanıma 30-40 min AZN məbləğində brilliant və təbii  qaşlarla bəzədilmiş  tac, bəyə isə maşın hədiyyə edəcəyik. Maşının qiyməti 40-50 min manat civarında nəzərdə tutulub. II və III yer isə olmayacaq. Sponsorlarımız qadınlar bayramında xanım iştirakçılara, kişilərə özəl günlərdə isə onlara hədiyyələr verəcəklər. Hələ ki, mən və Afaq   İsmayılzadənin münsiflər heyətində olduğu məlumdur.  

Kişilər də iştirak edəcəyi üçün  tanınmış, kişiyə xas xüsusiyyətli, eyni zamanda zövqlü bir sima da münsiflər heyətinə qoşulacaq. Hələ ki, teleaparıcı Şəhriyar Əbilovu nəzərdə tutmuşam, lakin “ATV” rəhbərliyi ilə gərək razılaşım. Keçən dəfə finala Türkiyənin tanınmış simalarından birini gətirəcəyimi demişdim. Həmin şəxs Türkiyədə olmadığı üçün gələ bilmədi. Artıq onunla danışmışam, iyunda baş tutacaq qala gecəsinə təşrif buyuracaq. Adını açıqlamaq istəmirəm, qoyun sürpriz olsun”.