Saatlı rayonunda ölümlə nəticələnən yanğın baş verib.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə iyunun 6-da saat 02 radələrində Saatlı rayonunun Xanlarkənd kəndində qeydə alınıb.
Kənd sakini, ruhi xəstə Elşad Əmirovun evində yanğın baş verib. Nəticədə evin yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra E.Əmirovun yanmış meyiti tapılıb.
Araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər