“Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Hacıqabul Yanğından Mühafizə Xidmətindən (YMX) APA-ya verilən məlumata görə, yanğının baş verdiyi və ümumi sahəsi 100 kv.m olan birmərtəbəli fərdi yaşayış evinə təbii qaz fasilələrlə verilib.
Evdə tək olan 1962-ci il təvəllüdlü Kazımov Afiq Nadir oğlunun alışqandan istifadə etməsi nəticəsində yanğın baş verib.
Hadisə nəticəsində dünyasını dəyişən A. Kazımovun ruhi xəstə olduğu bildirilir.
Son xəbərlər
Son Xəbərlər