Ruhi xəstə məscidin həyətində intihara cəhd etdi

ruhi-xeste-mescidin-heyetinde-intihara-cehd-etdi
Oxunma sayı: 847

Bakıda 22 yaşlı oğlan özünü öldürmək istəyib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Suraxanı rayonu, Zığ qəsəbəsində bir neçə gün öncə baş verib.
Qəsəbə sakini, ruhi xəstə olan 1993-cü il təvəllülü A.Y məscidin həyətinə gələrək orada intihar məqsədi ilə sol qolunun bilək nahiyəsini bıçaqla kəsib.

A.Y yaraları vəziyyətdə 22 saylı Təcili Tibbi Yardım Stansiyasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

Araşdırma aparılır.

Murad Əhməd