Ruhi xəstə satıcıları hədələyib pul apardı

ruhi-xeste-saticilari-hedeleyib-pul-apardi
Oxunma sayı: 908

Dekabrın 7-də Bərdə rayonunun Güloğlular kəndi ərazisində yerləşən bazardakı mağazalardan birinə gəlmiş şəhər sakini, ruhi xəstə R.Abbasov mağaza sahibini kəsici alətlə hədələyib.

“Qafqazinfo” xəbər verir ki, o, mağaza sahibinin 15 manat pulunu alıb.

Hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən R.Abbasov saxlanılıb. Araşdırmalarla onun həmin gün qeyd edilən bazarda digər mağaza sahibini də eyni üsulla hədələyərək pul tələb etməsi də müəyyən edilib.

Araşdırma aparılır.