“Ruhsuz adamlar Avropa Oyunlarına qarşı iş aparırlar”

ruhsuz-adamlar-avropa-oyunlarina-qarsi-is-aparirlar
Oxunma sayı: 1460


“Gənclik bizim gələcəyimizdir. Gəncliyə verilən  qiymət gələcəyə yatırılan kapitaldır. Bir qrup gənc var ki həbsxanadadır. Beynəlxalq təşkilatlar  həmin şəxslərin azad olunması istiqamətində çağırışlar edir. Ölkədə Avropa Oyunları keçiriləcək.  Azərbaycan elə siyasəıt sərgiləməlidir ki, bu proseslərə mane ola biləcək heç bir addım atılmasın. Onlar həbsdən azad olunmalıdır.  Onların azad edilməsi ölkədə barış mühiti yaranar. Parlament seçkilərinə tamamilə başqa abu- havada girmək üçün şərait yaranar.  Bunlar amnistiya aktı ilə tənzimlənməlidir”.

Spiker Oqtay Əsədov millət vəkilinin çıxışına münasibət bildirərək qeyd edib ki, deyilən məsələlər Azərbaycanda gedir: “dekabr ayında prezident əfv imzaalyıb. Həmin əfvlə 100-ə yaxın insan  azad olunub. Onlar içərisində gənclər də var.  Bir məsələ ilə razı deyiləm.  Bir çox ruhsuz adamlar ruh almaq əvəzinə, Avropa Oyunlarının keçirilməsinə qarşı iş aparırlar. Bunların ruhu nə ruhdur?”

***

Millət vəkili Fərəc Quliyev Avropa Oyunları ilə əlaqədar Bakıda köhnə avtomobillərin yığışıdırılmasını təklif edib. “Qafqazinfo” xəbər verir ki, yaz sessiyasının ilk iclasında çıxış edən deputat qeyd edib ki,  belə avtomobillərin paytaxtda qalması xeyli dərəcədə olması mənfi hal kimi görünəcək: “ Bir dövr üçün bu avtomobilləri əyalətlərə göndərməklə Bakıya buraxılmasının qarşısını ala bilərik. Növbəti dəfə dövlət bu məsələni nəzarətə götürər, avtomobil sahinlərinə müəyyən məbləğ ödənilər, paytaxt da yeni avtomobillərlə təmin olunmuş olar.  Valyutamız kənara çıxmaz.  Avtomobil sənayəsi inkişaf edər”.

Günel