Rumıniya da Quaidonu tanıdı

ruminiya-da-quaidonu-tanidi
Oxunma sayı: 795

Rumıniya prezidenti Klaus İohannis müxalifət lideri Xuan Quaidonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən xəbərinə görə, İohannisin administrasiyasından bildirilib ki, bu qərar situasiyanın diqqətli təhlilindən, eləcə də Avropa Birliyinin əksər ölkələrinin, xüsusilə də Rumıniyanın tərəfdaşlarının Quaidonu qanunu prezident olaraq tanımasından sonra verilib.

Qeyd edək ki, fevralın 4-də 19 Avropa ölkəsi parlamentin spikeri Xuan Quaidonu müvəqqəti prezident kimi tanıdıqlarına dair bəyannamə qəbul ediblər. Bəyanatı İspaniya, Portuqaliya, Almaniya, Böyük Britaniya, Danimarka, Niderland, Fransa, Macarıstan, Avstriya, Finlandiya, Belçika, Lüksemburq, Çexiya, Latviya, Litva, Estoniya, Polşa, İsveçrə və Xorvatiya imzalayıb.