Rumıniya parlamentinin binasında yanğın törədərək qaçdı - 300 nəfər təxliyə edildi+Video

ruminiya-parlamentinin-binasinda-yangin-torederek-qacdi
Oxunma sayı: 1265

Rumıniyada naməlum şəxs parlamentin binasını yandırmağa cəhd edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Puterea” nəşri məlumat yayıb.

O, bir qrup şəxslə binaya daxil olaraq oradakı mağazanı yandırıb, işçilərdən birinin üstünə benzin töküb.

Yanğın parlamentin giriş hissəsində törədilib və xüsusi mühafizə olunan ərazidən kənarda baş verib.

Binadan 300 nəfərin təxliyə edildiyi bildirilir.

Hadisədən sonra hücumu törədən şəxs qaçıb. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarışa verilib.