Rumıniya Prezidenti də Ukraynadadır - Video

ruminiya-prezidenti-de-ukraynadadir
Oxunma sayı: 1039

Rumıniya Prezidenti Klaus Yohannis Ukraynaya səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Yohannis öz tviter hesabında məlumat verib.

“Bu gün avropalı həmkarlarım - Almaniya Kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Mario Draqi ilə Prezident Zelenskiyə və Ukrayna xalqına güclü dəstəyimizi və tam həmrəyliyimizi nümayiş etdirmək üçün Kiyevdəyik. Rusiyanın bu qanunsuz təcavüzünə son qoyulmalıdır!”, - deyə o söyləyib.