Rumıniya Prezidenti İçərişəhərdə təndir çörəyi yedi - Foto

Rumıniya Prezidenti İçərişəhərdə təndir çörəyi yedi
Oxunma sayı: 2907

Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də İçərişəhərlə tanış olub.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, ali qonağın İçərişəhərə gəzintisi Qoşa Qala qapısı meydanı ilə tanışlıqdan başlayıb. 

İçərişəhərdə gəzinti zamanı Rumıniya Prezidenti isti təndir çörəyinə qonaq edilib.

Sonra Rumıniya Prezidenti orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi ilə tanış olub.