Rumıniya Prezidenti Klaus İohannis NATO-nun baş katibi vəzifəsinə namizəd olacaq.
“Qafqazinfo” xəbər verir ki, bu haqda BBC məlumat yayıb.
Məlumatda prezidentin bu sözləri qeyd olunub:
“Ölkəmiz iyirmi ildən artıq müddətdə NATO-ya üzvlüyü zamanı öhdəliklərini layiqincə yerinə yetirib. Habelə, ÜDM-in 2,5%-ni müdafiəyə ayırır. Hesab edirəm ki, ölkəmizin Avro-Atlantik liderlik strukturları çərçivəsində daha da böyük məsuliyyət götürməsinin vaxtı çatıb”.
Son xəbərlər
Son Xəbərlər