Rumıniya rusiyalı diplomatı deportasiya edir

ruminiya-rusiyali-diplomati-deportasiya-edir
Oxunma sayı: 1066

Rumıniya Rusiyanın Buxarestdəki Səfirliyinin bir əməkdaşını “arzuolunmaz şəxs” elan edib.

“Qafqazinfo” “Sputnik”ə istinadən xəbər verir ki, Rusiyanın Buxarestdəki Səfirliyinin hərbi attaşe müşaviri Aleksey Qrişayevin 1961-ci il Diplomatik Əlaqələr Haqqında Vyana Sazişinə zidd hərəkət və fəaliyyət göstərdiyi bildirilib.

Rusiyalı diplomatdan ölkəni tərk etmək tələb olunub.

XİN-ə çağırılan Rusiyanın Rumıniyadakı səfiri Valeri Kuzminə bununla bağlı məlumat çatdırılıb.