Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti, tələbələri və əməkdaşları ilə görüşərək təqdimatla çıxış edib.
BANM-dən "Qafqazinfo"ya verilən məlumata görə, qonağı salamlayan Ali Məktəbin rektoru Elmar Qasımov qeyd edib ki, səfirin bu görüşü Rumıniya tarixi üçün əhəmiyyətli vaxtda baş tutur. Elmar Qasımov bildirib ki, yanvarın 24-də müasir Rumıniya dövlətinin yaranması günüdür. Rektor səfiri bu münasibətlə BANM-in adından təbrik edib.
Səfir Dan İanku Azərbaycana səfir təyin olunandan sonra üç ay ərzində Ali Məktəbə artıq ikinci dəfə gəldiyini xatırladıb. Vurğulayıb ki, Azərbaycan kimi, Rumıniya da bərpaolunan və alternativ enerji mənbələrinin istifadə olunması sahəsində səylər göstərir. Rumıniya ilə Azərbaycan arasında əlaqələrin inkişafından söz açan səfirin sözlərinə görə, “Azərbaycanla əməkdaşlığı çoxsaylı istiqamətlərdə daha da möhkəmləndirməkdə maraqlıdırlar və BANM-ə Rumıniya universitetləri ilə tərəfdaş əlaqələrin qurulmasında dəstək göstərməyə hazırıq” – deyə səfir əlavə edib.
Görüşün sonunda səfir suallara cavab verib.
Tədbirdə, həmçinin Rumıniyanın Azərbaycandakı səfirliyinin müşaviri Çiprian Mirika və səfirin nümayəndəsi Elmina Zeynalova iştirak ediblər.
Son xəbərlər
Son Xəbərlər