Rumıniyanın cənub-qərbində 5,7 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentrinin Drobeta-Turnu Severin şəhərindən 73 kilometr şimal-şərqdə olduğu açıqlanıb.
Yeraltı təkanların Serbiya da daxil olmaqla, bölgənin bəzi ölkələrində də hiss olunduğu qeyd edilir.
Son xəbərlər
Son Xəbərlər