Rumıniyada 5 bal gücündə zəlzələ olub.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, yeraltı təkanlar Bakı vaxtı ilə saat 02:04 radələrində Vrança qəzasında qeydə alınıb. Ocağı 23 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb. Zəlzələ təkcə Rumıniyanın paytaxtında deyil (episentrdən 194 kilometr aralıqda), həm də qonşu Moldovada da hiss olunub.
Son xəbərlər
Son Xəbərlər