Rumıniyada koronavirusa yoluxanların sayı 1815-ə yüksəlib, daha beş nəfər dünyasını dəyişib. “Qafqazinfo” bildirir ki, bu barədə “Digi 24” telekanalı Rumıniya Naizrlər Kabineti nəzdindəki koronavirusla əlaqəli strateji rabitə qrupuna istinadən məlumat yayıb.
Daha əvvəl 1760 yoluxma, 38 ölüm faktı barədə xəbər verilirdi.
Qeyd edək ki, Rumıniya Prezidenti Klaus Yohannis martın 16-da koronavirusun yayılması səbəbindən ölkədə fövqəladə vəziyyət elan edib.