Rumıniyada son sutka ərzində koronavirusdan 36 nəfər ölüb, 994 yeni yoluxma faktı (rekord göstərici) qeydə alınıb.
“Qafqazinfo” “worldometers.info”ya istinadən xəbər verir ki, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 2,074-ə, yoluxanların sayı isə 39,133-ə yüksəlib.
Ümumi sağalanların sayı 24 454 nəfərdir. Ölkədə 12 605 koronavirus xəstəsi var ki, onlardan da 297-nin vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, ölkədə bir sutka ərzində koronavirusa yoluxma sayına görə bundan əvvəlki rekord iyulun 18-də qeydə alınmışdı (889 nəfər).
Son xəbərlər
Son Xəbərlər