Rumıniyada NATO-nun hərbi təlimi başladı

ruminiyada-nato-nun-herbi-telimi-basladi
Oxunma sayı: 1139

Mayın 24-dən 28-dək Rumıniyanın Qalatsi bölgəsində keçiriləcək “Dacian Strike 24” (DAST24) hərbi təliminə start verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təlimdə Rumıniya və dibər NATO ölkələrindən təxminən 500 hərbçi iştirak edir.

Qeyd olunur ki,  ABŞ, Fransa, Rumıniya Hərbi Hava Qüvvələri və Böyük Britaniya Kral Hərbi Hava Qüvvələri “Eurofighter Typhoon” təyyarələri ilə manevrlər edib.