Rumıniyanın baş naziri istefa verdi - 7 ayda 2-ci dəfə

ruminiyanin-bas-naziri-istefa-verdi
Oxunma sayı: 1093

Rumıniyanın baş naziri Mixay Tudose tutduğu vəzifədən istefa verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, iqtidardakı Sosial-Demokrat partiyası Tudoseyə siyasi dəstəyi dayandırdığını elan edib..

Bu isə baş nazirin istefasına səbəb olub. Onun səlahiyyətlərini müvəqqəti olaraq baş nazirin müavini Paul Stenesku icra edəcək.

Qeyd edək ki, bu, Rumıniyada 7 ayda 2-ci baş nazir istefasıdır.