Rumınlar yazdı, “Xəzər Lənkəran” təkzib etdi

ruminlar-yazdi-xezer-lenkeran-tekzib-etdi
Oxunma sayı: 995


“Qafqazinfo” xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, rumıniyalı qapıçı Kristian Belqradyenin oynadığı “Genclerbirliyi” klubu yoxlama oyunlarının birini “ağ-yaşıllar”a qarşı keçirəcək.

Lakin “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu saytımıza açıqlamasında bunu təkzib edib: “Yox, biz yanvarın 17-də 3-cü yoxlama görüşümüzü Ukraynanın “Metallurq” (Zporoje) klubuna qarşı keçirəcəyik. Ondan sonrakı rəqibimizin adı isə hələlik bəlli deyil. “Gənclərbirliyi” ilə qarşılaşacağımız həqiqətə uyğun deyil”.