Runi sərxoş halda saxlanıldı - Foto

runi-serxos-halda-saxlanildi
Oxunma sayı: 1701

ABŞ-ın “Di Si Yunayted” komandasının futbolçusu Ueyn Runi polis tərəfindən saxlanılıb.

“Qafqazinfo” Britaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb 33 yaşlı hücumçunun Səudiyyə Ərəbistanından istirahətdən dönərkən hava limanında ətrafdakı insanları narahat etməsi olub.

İngiltərə millisinin sabiq üzvünün təyyarədə spirtli içki qəbul etdiyi bildirilir.  Runi 116 dollar cərimə ödədikdən sonra sərbəst buraxılıb.