Ruqaninin sevgilisi də koronavirusa yoluxdu

ruqaninin-sevgilisi-de-koronavirusa-yoluxdu
Oxunma sayı: 1571

Koronavirusa yoluxan “Yuventus”un müdafiəçisi Daniele Ruqaninin sevgilisi Mikaela Periskoda da infeksiya aşkarlanıb.

 “Qafqazinfo” xəbər verir ki, televiziyada çalışan Perikoda sosial şəbəkə hesabında 4 aylıq hamilə olduğunu və koronavirusa yoluxduğunu qeyd edib: “Həkimlər problem olmayacağını deyib. Özünüzü mənim yerimə qoysanız, dəhşətli olduğunu görərsiniz”.
 
Daniele Ruqani "Yuventus"da koronavirusa yoluxmuş ilk futbolçudur.