Rus aktyor qəza törətdi, 1 nəfər öldü - Fotolar + Video

rus-aktyor-qeza-toretdi-1-nefer-oldu
Oxunma sayı: 2755

Rusiyanın Əməkdar artisti, teatr və kino aktyoru Mixail Yefremov Moskvada ölümlə nəticələnən qəza törədib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Smolenskaya meydanında baş verib. Yefremov sərxoş vəziyyətdə idarə etdiyi maşınla yük avtomobili ilə toqquşub. Sərxoş olan Əməkdar artistin avtomobilində aktyor İvan Stebunov və onun həyat yoldaşı Yelena Vlasova da olub.

Qəza zamanı yük avtomobilinin sürücüsü Sergey Zaxarov dünyasını dəyişib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Aktyora qarşı cinayət işi başlanılıb.