Rusiyalı aktyor və şoumen Nikita Ciqurda qondarma Donetsk Xalq Respublikasının (DNR) vətəndaşlığından məhrum olunub.
“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə respublikanın rəhbəri Aleksandr Zaxarçenko bildirib.
“Bu gün mən Nikita Ciqurdanın vətəndaşlıqdan məhrum edilməsi haqda fərman imzalamışam”, - deyə A. Zaxarçenko söyləyib.
Onun sözlərinə görə, rus aktyora DNR-in pasportu səhvən verilib: “Ciqurda Donetskin vətəndaşı deyil”.
Qeyd edək ki, N. Ciqurdanın Donetsk Xalq Respublikasının vətəndaşlığını alması bu il martın 9-da məlum olub.
Son xəbərlər
Son Xəbərlər