Qətərdə keçirilən cüdo üzrə dünya çempionatında “Georgi lenti” taxdığına görə azarkeşi tribunadan qovublar. “Qafqazinfo” xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb:
“Azarkeşlərdən lenti çıxarmaq tələb edilib. Lakin onlar buna məhəl qoymayıblar. Belə olduğu halda arenadan kənarlaşdırmaq məcburiyyətində qaldıq. Həmin azarkeşlərin bir daha arenaya daxil olmasına icazə verilməyəcək”.
Xatırladaq ki, cüdo üzrə dünya çempionatı Qətərdə keçirilir. Bu yarışlarda Rusiya idmançıları neytral statusda çıxış edirlər.
Son xəbərlər
Son Xəbərlər