“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, həmyerlimiz cəzasını 5 il sərt rejimli koloniyada çəkməli olacaq. Bundan başqa, 39 yaşlı Əliyev baykerin ailəsinə 925 min rubl təzminat ödəyəcək.
Xatırladaq ki, ötən il iyunun 30-da Serqiyev Posad şəhərinin “Merkuri” bazarında baş verən insident zamanı qarpız satışı ilə məşğul olan Azərbaycan vətəndaşı Bəxtiyar Əliyev baykerlərlə mübahisə edib və mübahisə zəminində Leonid Frolov adlı baykerə yumruq vurub. Başı səkiyə dəyən bayker xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməmişdilər.
Son xəbərlər
Son Xəbərlər