Rus bloqerin aclıq təcrübəsi ölümlə bitdi

Rus bloqerin aclıq təcrübəsi ölümlə bitdi
Oxunma sayı: 3870

Rusiyalı bloqer Vitali Vıqranovski 40 günlük aclıq sınağından sonra dünyasını dəyişib.

“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, bloqer “Youtube” kanalında 40 gün ac və susuz qalmağı planlaşdırdığını elan edib.

Martda təcrübəyə başlayan Vıqranovskinin 10-cu gün halı pisləşsə də, aclığa davam edib. 20-ci gün o, “tam təmizləndiyini” elan edərək, arıqladığını və daha fiziki fəallığı olmadığını bildirib.

Bloqer 35-ci gün artıq ölümcül halda olduğunu elan etsə də, sınağı dayandırmayıb.

40-cı gün Vitalinin tanışları sosial şəbəkədə onun artıq öldüyünü yazıblar.