Rus bölməsi üzrə I siniflərə müəllim seçiminin vaxtı dəyişdirildi

rus-bolmesi-uzre-i-siniflere-muellim-seciminin-vaxti-deyisdirildi
Oxunma sayı: 1460

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə I siniflərinə müəllim seçiminin vaxtı dəyişdirilib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. 

Belə ki, 19 iyul 2021-ci il tarixi qeyri-iş gününə təsadüf etdiyinə görə, sözügedən I siniflər üzrə qəbul edilmiş uşaqlar üçün müəllim seçimini 26 iyul 2021-ci il tarixindən etmək mümkün olacaq.