Rus bölməsi üzrə sinif sayı artırıla bilər?

rus-bolmesi-uzre-sinif-sayi-artirila-biler
Oxunma sayı: 3132

“Bu gün məktəblərdə rus bölməsi üzrə kifayət qədər yer və pedaqoq ehtiyatımız var”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sədri Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gün ölkədəki təhsil müəssisələrində rus bölməsi üzrə 12 min yer var: “Müraciət edənlərin sayı isə 10 minə çatıb. Bu gün üçün ortalama tələbat qarşılanır. Amma yeni tədris ilində ölkə üzrə pedaqoji kadr təyinatı, ehtiyac varsa, müvafiq müəllim sayı uyğun olarsa, rus bölməsi üzrə sinif sayı artırıla bilər”.

Gülnar Əliyeva