“Rus bölməsində müsabiqə vəziyyəti daha aşağıdır”

rus-bolmesinde-musabiqe-veziyyeti-daha-asagidir
Oxunma sayı: 2026

“Rus bölməsində müsabiqə vəziyyəti Azərbaycan bölməsi ilə müqayisədə daha aşağıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, dövlət sifarişli yerlər rus və Azərbaycan bölməsi üçün bütün qruplarda  eynidir: “Məsələn, Azərbaycan bölməsində 600 baldan yüksək nəticə göstərənlərin sayı çoxdur deyə, o yerlər daha tez tutulur, nəinki rus bölməsində. Dövlət sifarişli yalnız rus bölməsinə aid olan yerlər rus dili və filologiyasına aid yerlərdir.

Keçən il də boş qalan yerlər rus bölməsində idi. Orada yerlərin sayı müsabiqəyə buraxılan abituriyentlərin sayından çox idi. Bu il də müxtəlif qruplarda vəziyyət fərqlidir”. 

Gülnar Əliyeva