Rus bölməsinin abituriyentləri “Azərbaycan dili”ndən imtahan verib

rus-bolmesinin-abituriyentleri-azerbaycan-dilinden-imtahan-verib
Oxunma sayı: 2218

Bu gün rus bölməsi üzrə 8109 abituriyent “Azərbaycan dili” fənnindən imtahan verib. İmtahan saat 13:00-da başlayıb və 45 dəqiqə davam edib.

"Qafqazinfo" Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncədə 2 binada təşkil olunan imtahana 6 imtahan rəhbəri və 73 nəzarətçi müəllim cəlb edilib. Qərb bögəsindən 855 abituriyentə 30 test tapşırığı təqdim edilib. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. "Məqbul" qiymət almaq üçün abituriyent ən azı 15 sualı düzgün cavablandırmalıdır. Bu imtahanda “qeyri-məqbul” qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər 2016-cı il iyulun 12-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.