İngiltərə və Rusiya arasında siyasi böhrana səbəb olan “Skripal işi”ndə yeni ipucu əldə edilib.
“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, İngiltərə polis rəsmiləri Sergey Skripal və qızının evlərinin qarşısında zəhərli maddə ilə zəhərləndirildiklərini açıqlayıb.
Bu açıqlamadan sonra evin ətrafında yenidən araşdırmalara start verilib.
Xatırladaq ki, martın 4-də Rusiya vətəndaşı olan və ingilis kəşfiyyat xidməti MI6-ya çalışan Sergey Skripal qızı Yuliya ilə birlikdə İngiltərədə Salisburi şəhərində zəhərlənib. Aparılan istintaq nəticəsində onların qazla zəhərləndiyi ortaya çıxıb.

Son xəbərlər
Son Xəbərlər