“Rus dilini Putinlə zarafatlaşacaq qədər bilirəm” - Çavuşoğlu

rus-dilini-putinle-zarafatlasacaq-qeder-bilirem
Oxunma sayı: 1601

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu universitetlərin birində tələbələrlə görüşü zamanı maraqlı açıqlama verib.

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, bildiyi dilləri sayan nazir rus dilini bilmə səviyyəsinə də toxunub. O, “Xarici dilləri öyrənməyə çalışıram. Rus dilini artıq orta səviyyəyə çatdırmışam. Dili Putinlə (Vladimir Putin- Rusiya prezidenti, red.) zarafat edəcək qədər bilirəm” deyib. 

Qeyd edək ki, Çavuşoğlu ingilis, alman və yapon dillərini bilir.