Rusiya diplomatların kütləvi şəkildə deport edilməsinə münasibət bildirib.
“Qafqazinfo” "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu haqda ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bildirilir ki, Avropa İttifaqı və NATO dövlətlərinin rus diplomatları ölkədən çıxarması düşməncəsinə atılan addımdır. Nazirliyin bəyanatında o da qeyd edilir ki, Rusiya kütləvi deportasiyaya Solsberidə baş vermiş hadisədə (red: agent Skripal və qızının zəhərlənməsi) günahkarların axtarışına və səbəblərin müəyyən edilməsi maraqlarına cavab verməyən addım kimi baxır.
XİN onu da vurğulayıb ki, ölkələrin bu davranışı cavabsız qalmayacaq: "Londonla olan həmrəylik provakasiyadır".
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər