Rus Dram Teatrının aktyoru vəfat etdi

rus-dram-teatrinin-aktyoru-vefat-etdi
Oxunma sayı: 1133

Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyoru Aleksey Saprıkin oktyabrın 8-də 64 yaşında vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə teatrın rəsmi Feysbuk səhifəsində məlumat verilib.  

Aleksey Saprıkin 1955-ci ildə Bakıda anadan olub. 1991-ci ildən teatr sahəsində çalışan Saprıkin 2008-ci ildə Rus Dram Teatrının aktyoru kimi işə başlayıb. Onun son rollarından biri İngiltərə yazıçısı Ceyn Ostinin romanı əsasında səhnələşdirilmiş “Qürur və qərəz” tamaşasındakı Uilyam Lukas obrazı olub.