“Qafqazinfo”nun RİA Novosti-yə istinadən məlumatına görə, mərhumun meyiti bu gün səhər saatlarında “Ana Ermənistan” adlı abidənin önündə aşkarlanıb.
Artıq öldürülən hərbçinin kimliyi də müəyyənləşib. O, dislokasiya olunmuş hərbi bazanın qulluqçusu İvan Novikovdur. Aşkar olunarkən meyitin üzərində zorakılıq əlamətləri olub.
Ermənistanın istintaq idarəsinin mətbuat katibi Son Truzyanın sözlərinə görə, hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin aşkar edilməsi istiqamətində işlər aparılır.
Qeyd edək ki, Rusiyanın 102-ci hərbi bazası Gümrüdə yerləşir.
Son xəbərlər
Son Xəbərlər