Rus hərbçilərin Şuşa yolunu minalardan təmizləmə - Videosu

rus-herbcilerin-susa-yolunu-minalardan-temizleme
Oxunma sayı: 4625

Rus mühəndis bölmələrinin hərbi qulluqçuları Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət sahələrində mühəndis kəşfiyyatı və mina təmizlənməsi işlərini davam etdirirlər.

“Qafqazinfo” xəbər verir ki, “RİA Novosti” öz Telegram kanalında mina təmizləmə əməliyyatından daha bir video paylaşıb.

Bildirilib ki, rus hərbçilər Şuşa yaxınlığında yola yaxın ərazini minalardan təmizləyirlər.