Rus hərbçisini bıçaqlayan Ermənistan sakini tutuldu

rus-herbcisini-bicaqlayan-ermenistan-sakini-tutuldu
Oxunma sayı: 877

Rusiyanın Gümrüdəki hərbi bazasında xidmət edən əsgərini yaralayan Ermənistan sakini tutulub.

“Qafqazinfo” “life.ru”ya istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Şiraksk sakini özü polisə təslim olub. Bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Naira Arutyunyan bildirib.

Qeyd edək ki, hadisə martın 8-də baş verib. 22 yaşlı rus hərbçisi döş qəfəsindən bıçaq zərbəsi ilə xəstəxanaya yerləşdirilib.