Rus hərbi gəmiləri Bakıda - Fotolar

rus-herbi-gemileri-bakida
Oxunma sayı: 2222

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib.

Müdafiə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, buna səbəb Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2018” beynəlxalq müsabiqəsidir.

Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Volqodonsk” və “Mahaçkala” kiçik artilleriya gəmiləri, eləcə də “SB-45” xilasetmə yedək gəmisi Bakıya iyulun 23-də gəlib.