Rus idmançı Olimpiadada çətin duruma düşdü - “Ölə bilərəm”

rus-idmanci-olimpiadada-cetin-duruma-dusdu
Oxunma sayı: 2591

Tokio Yay Olimpiya Oyunlarında rus tennisçi Daniil Medvedev Fabio Fonini ilə görüşdə çətin vəziyyətlə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, dünya reytinqinin ikincisi isti hava şəraitinə görə matçın gedişində iki dəfə həkim çağırmalı olub.

Həkim Medvedevdən yaxşı olub-olmadığını soruşduqda o, “bu oyunu başa çatdıra bilərəm, amma sonda ölə də bilərəm. Mən ölsəm, kimsə məsuliyyət daşıyacaq” deyə cavab verib.

Qeyd edək ki, ikinci setdən sonra oyunçular ekstremal istilik şəraiti ilə bağlı qaydalarda nəzərdə tutulduğu kimi 10 dəqiqəlik fasiləyə yollanıblar.