Rus kosmonavtlar Ukrayna bayrağının rənglərində geyimdə kosmosa çıxdılar - Video

rus-kosmonavtlar-ukrayna-bayraginin-renglerinde-geyimde-kosmosa-cixdilar
Oxunma sayı: 4203

Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərilən üç rus kosmonavt Ukrayna bayrağının rəngləri olan kombinezon geyinib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, kosmonavtlar geyimləri öz istəkləri ilə seçiblər.

“Roskosmos”un kosmonavtları Denis Matveyev, Sergey Korsakov və Oleq Artemyev dünən Qazaxıstanın Baykonur kosmodromundan “Soyuz MS-21” gəmisi ilə kosmosa çıxıblar.